Cihazınızdan istifadə edərək cihazınızın proqram təminatını yeniləmək
Cihazınızın göstəricilərini yaxşılaşdırmaq, proqram yeniləmələrini və yeni əla
xüsusiyyətləri əldə etmək istəyirsiniz? Cihazınızdan maksimumu almaq üçün proqram
təminatını mütəmadi olaraq yeniləyin. Siz cihazınızı həmçinin yeniləmələri avtomatik
yoxlanılması üçün qura bilərsiniz.
Xəbərdarlıq:
Əgər Siz yeniləşdirmə proqramını yükləsəniz, yükləmə prosesi bitənə qədər və cihaz
yenidən işə düşənə qədər cihazdan istifadə edə bilməyəcəksiniz və hətta təcili yardım
zənglərini də etmək mümkün olmayacaq.
Xidmətdən istifadə və ya məzmunun yüklənməsi məlumat trafiki qiymətlərinə təsir edə
biləcək böyük həcmdə məlumat ötürülməsinə səbəb ola bilər.
Yeniləməyə başlamazdan əvvəl adapteri qoşun və ya batareyanın kifayət qədər dolu
olduğuna əmin olun.
Menyu
>
Parametrlər
seçin.
30
Cihazın idarə edilməsi
1
Cihaz
>
Cihaz yeniləmələri
seçin.
2 Hazırki proqram təminatının versiyasını göstərmək və yeniləmənin mövcudluğunu
yoxlamaq üçün
Cari proqr. detalları
seçin.
3 Proqram təminatını yükləmək və quraşdırmaq üçün
Cihaz proq-nı yüklə
seçin.
Ekranda göstərilən təlimatlara əməl edin.
4 Əgər quraşdırma yükləmədən sonra ləğv olunubsa,
Proqram yeniləmə qur
seçin.
Proqram təminatının yeniləməsi bir neçə dəqiqə çəkə bilər. Əgər quraşdırmada
problem varsa, xidmət təminatçınıza müraciət edin.
Proqram təminatının yeniləmələrini avtomatik yoxlamaq
Seçin
Avtomatik PT yenil.
və proqram təminatının yenilənməsini nə qədər tez
yoxlanılacağını təyin edin.
Xidmət təminatçınız cihazınızın proqram təminatı üçün yeniləmələri birbaşa hava
üzərində cihazınıza göndərə bilər. Bu şəbəkə xidməti haqqında əlavə məlumat üçün
xidmət təminatçınız ilə əlaqə saxlayın.