Yaddaş kartını daxil edin
Yalnız Nokia tərəfindən təsdiqlənmiş bu cihaz üçün uyğun olan yaddaş kartlarından
istifadə edin. Uyğun olmayan yaddaş kartının istifadəsi yaddaş kartını, habelə cihazı
zədələyə bilər, həmçinin kartda saxlanılan məlumat pozula bilər.
Telefonunuz 32 GB qədər yaddaş həcmi ilə yaddaş kartlarını dəstəkləyir.
1 Yaddaş kartı slotunun örtüyünü açın.
2 Yaddaş kartının kontakt tərəfinin üzü yuxarı olduğunu yoxlayın və kartı daxil edin.
Kartı yerinə oturana kimi onu içəri salın.
3 Yaddaş kartı slotunun örtüyünü bağlayın.
8
Cihazın işə salınması
Mühüm: Proqram yaddaş kartından istifadə edərkən onu çıxarmayın. Bunun
edilməsi yaddaş kartını və cihazı zədələyə bilər, həmçinin kartda saxlanılan məlumat
pozula bilər.
Telefonu söndürmədən yaddaş kartını çıxara və ya yerinə taxa bilərsiniz.
Yaddaş kartını çıxardın
Kartı çıxana kimi içəri itələyin və kartı çıxardın.