Nokia Asha 201 - SIM kart və batareyanın daxil edilməsi

background image

SIM kart və batareyanın daxil edilməsi

Mühüm: Bu cihaz standart SIM kart ilə (şəklə bax) istifadə üçün nəzərdə tutulub.

Uyğun olmayan SIM kartlardan istifadə kart və yaı cihazı zədələyə bilər, həmçinin

kartda saxlanılan məlumat pozula bilər. Zəhmət olmasa, mini-UICC küncü olan SIM

kartdan istifadəyə dair mobil operatorunuza müraciət edin.

Bu telefon BL-5J batareyası ilə istifadə edilmək üçün nəzərdə tutulub. Həmişə orijinal

Nokia batareyalarından istifadə edin.

1 Barmağınızı cihazın aşağı hissəsindəki oyuqa salın və arxa örtüyü ehtiyatla

qaldırıb çıxardın.

2 Əgər batareya daxildədirsə, onu qaldırın.

6

Cihazın işə salınması

background image

3 Kilidi açmaq üçün SIM kart saxlayıcısını sürüşdürün (1) və dırnağınızla qaldırın.

SIM kart saxlayıcısını yerinə saldıqda kontakt səthinin aşağı doğru olmasını təmin

edin (2), SIM kartı saxlaya yerləşdirin və saxlayıcını aşağı salın (3). Kilidləmək üçün

kart saxlayıcısını sürüşdürün (4).

4 Batareyanın kontaktlarını və yerini bir-birinə uyğunlaşdırıb batareyanı daxil edin.

Arxa örtüyü dəyişmək üçün üst kilid tutacaqlarını onların oyuqlarına yönəldib örtük

yerini tutana qədər üzərinə basın.